Avropada sərt şaxtalar başladə

Avropada sərt şaxtalar başladə
21:46 31 Dekabr 2014
110 Dünya
Ölkə mətbuatı
A- A+

Avropada sərt şaxtalar başlayıb.

Almaniyanın Münhen şəhərində güclü qar yağması səbəbindən 40-dan artıq aviareys təxirə salınıb. Yerli sakinlər isə avtomobillərini qarın altından sözün əsl mənasında qazaraq çıxarıblar.

Almaniyanın mərkəzi hissəsində qeyri-sabit hava şəraiti böyük avtomobil qəzasının baş verməsinə səbəb olub. İlkin versiyaya görə, turistləri daşıyan avtobus sürüşkən yolda idarəetməni itirərək aşıb. Nəticədə 4 sərnişin həlak olub, 40-dan çoxu isə xəsarət alıb.

Yunanıstanda isə temperatur mənfi 20 dərəcəyə düşüb. Qar və güclü küləklər hava şəraitini daha da ağırlaşdırıb. Avtomobil nəqliyyatı tamamilə iflic olub, böyük magistrallarda yük avtomobillərinin hərəkəti tamamilə dayandırılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR