Şeyx İrandan yardım istədi

Şeyx İrandan yardım istədi
22:05 31 Dekabr 2014
137 Sosial
Ölkə mətbuatı
A- A+

2014-cü ilin yanvarından İŞİD-in hücumlarına məruz qalan İraqın qərb əyaləti Əl-Ənbər hökumətin və ABŞ-ın başçılıq etdiyi koalisiyanın fəaliyyətsizliyindən narazıdır və hərbi yardım üçün İrana müraciət etmək niyyətindədir.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə qurtuluş şurasının sədri şeyx Həmid Əl-Xayuis məlumat verib. “İranın İŞİD-ə münasibəti hamıya bəllidir. Cufr-əl-Səhr şəhəri və Diyalə əyaləti uğrundakı döyüşlərdə İran həlledici rol oyanıyb”, - deyə şeyx bildirib.
 
Onun sözlərinə görə, Əl-Ənbər əyalətindəki tayfaların nümayəndələri yaxın günlərdə könüllülərin silahla təchizatı və onların hazırlığı məsələlərini müzakirə etmək üçün Tehrana yollanacaq:
 
“İraqın mərkəzi hökuməti və beynəlxalq koalisiyanın komandanlığı bizim silahlanmaq haqqındakı xahişimizə fikir vermir. Halbuki 20 min polis və 10 min könüllü İŞİD-çilərlə döyüşə hazırdır. Odur ki, silah üçün İrana müraciət etməkdə haqlıyıq”.
 
Şeyx həmçinin qeyd edib ki, söhbət İran qoşununun İŞİD-ə qarşı əməliyyatlar aparmasına çağırışdan getmir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/54845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR