Yeni il nə vaxtdan qeyd edilir?

Yeni il nə vaxtdan qeyd edilir?
22:42 31 Dekabr 2014
300 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yeni ilin qeyd edilməsinin 25 əsr tarixi var.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, ilk dəfə bu ənənənin əsası Mesopotamiyada (İkiçayarasında) qoyulub.

Alimlərin fikrincə, mart ayının sonunda kənd təsərrüfatı işlərini görmək üçün Tiqr və Yevfrat çaylarına suyun gəlişini gözləyiblər. 12 gün ərzində təntənəli yürüş və karnavallarla bu bütpərəstlik bayramı qeyd edilib. Həmin vaxt kimsənin işləməsinə və cəzalanmasına icazə verilməyib.

Gil lövhəciklərindəki mixi yazılarından bəlli olub ki, həmin dövrdə insanlara azadlıq verilib, qullar özlərini ağa kimi aparıb.

Elə “karnaval” sözü də o zaman yaranıb. Onun tərcüməsi vavilyon dilində “gəmi-dəniz” deməkdir.

Vavilonda əsirlikdə olan yəhudilər bu bayramı onlardan “götürüb”. Yəhudilərdən isə bu bayram yunanlara, daha sonra isə Qərbi Avropa xalqlarına “keçib”.

Qeyd edək ki, Mesopotamiya Yaxın Şərqdə yerləşən dünyanın ən qədim və ən böyük mədəniyyətlərindəndir. Çağdaş zamanda da bu mədəniyyətin yerləşdiyi ərazi Mesopotamiya adlanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/316856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR