[ 01 Yanvar 2015 00:06 ]
Xudat. Vəli Turan - APA. Dekabrın 31-i axşam saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat şəhərində qeydə alınıb. Yol kənarında dayanan Xaçmaz rayonu, Seyidlər kənd sakini, 1991-ci il təvəllüdlü İsmayılov İmran İsmayıl oğlunu maşın vurub.
Qəza nəticəsində piyada dünyasını dəyişib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.