Azerbaycanda minimum rabite ve internet tariflerinin hesablanmasi ile bagli yeni qaydalar quvveye minib

08:02 1 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 01 Yanvar 2015 08:00 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda minimum istehlak səbətinə daxil olan aylıq rabitə və internet xidmətlərinin yeni tarifi yanvarın 1-dən qüvvəyə minib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibinə daxil olan aylıq rabitə və internet tarifini hesablamaq üçün yeni qaydadan istifadə edilir.

 

Azərbaycanda aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən ediləcək. İnternet xidmətlərindən istifadə haqqı isə 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdiriləcək.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR