Avrasiya İqtisadi Birliyi işə düşdü

Avrasiya İqtisadi Birliyi işə düşdü
10:22 1 Yanvar 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

Trend RİA Novosti-ya istinadan məlumat verir ki, Rusiya, Belarus və Qazaxıstan 2015-ci ildən inteqrasiyanın yeni mərhələsinə - yanvarın 1-dən qüvvəyə minən Avrasiya İqtisadi Birliyi sazişinə - keçir.
 
Sazişin iştirakçıları olan ölkələr öz üzərlərinə malın, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst dövranını təmin etmək, iqtisadiyyatın əsas sektorları - energetika, sənaye, kənd təsərrüfatı və nəqliyyat üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsi öhdəliyini götürüblər.
 
Avrasiya komissiyasının qərərgahı Moskvada, İqtisadi tənzimləyicisi Alma-Atada, məhkəməsi isə Minskdə yer alacaq.
 
Üstəlik, 2015-ci ildə iqtisadi birliyə 2014-cü ilin dekabrın axırında müvafiq müqaviləni imzalayan Qırğızıstan da qoşula bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR