Azərbaycan rəqəmsal teleyayım standartına keçməyə tam hazırdır

Azərbaycan rəqəmsal teleyayım standartına keçməyə tam hazırdır
11:03 1 Yanvar 2015
123 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 1 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan rəqəmsal televiziya yayım standartına keçməyə tam hazırdır. Bunu Trend-ə "Teleradio" İstehsalat Birliyindən (İB) deyiblər.

İB-dən bildiriblər ki, tam keçid hökumətin yekun qərarından asılıdır: "Belə qərar olarsa, Bakı və digər iri şəhərlərdə analoq siqnal dayandırıla bilər".

Hazırda Azərbaycanın yaşayış məntəqələrinin 98 faizi rəqəmsal televiziya siqnalı əhatə olunub. İB 2015-ci ilin I yarısında əsasən kənd yerlərində 8 yeni rəqəmsal TV siqnalı ötürücü aparatını quraşdırmağı planlaşdırır.

İB-dən deyiblər ki, bu məqsədlə hazırlıq işləri görülüb və ötürücü aparatların dislokasiya yerləri, habelə onların yayım gücü müəyyənləşib: "Avadanlığın instalyasiyası üzrə işlər başa çatdıqdan sonra siqnalın səviyyəsinin ölçülməsi ilə bağlı monitorinqlər keçiriləcək və onun aşağı səviyyəli qəbul yerləri müəyyənləşdiriləcək".

"Teleradio"dan sosial rəqəmsal paketə yeni telekanalların əlavə edilməsi ehtimalını istisna etməyiblər: "Paketə xarici telekanalların daxil edilməsi məsələsi gündəmdə deyil".

Hazırda əhali 12 telekanaldan ibarət sosial paketdən yararlanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR