Ermənilərin bayram təxribatı

Ermənilərin bayram təxribatı
11:26 1 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 20 dəfə pozulub.

ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.


Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=317368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR