Yeni ilin ilk gecəsi: yanğınlar və liftdə qalanlar

Yeni ilin ilk gecəsi: yanğınlar və liftdə qalanlar
11:39 1 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni İlin ilk gecəsində Azərbaycanda bir neçə yanğın hadisəsi olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Qalınçaq kəndində ümumi sahəsi 90 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı şəxsi evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evə bitişik talvar yanğından mühafizə olunub.

 

Bakının Səbail rayonunda isə plastmas su borusu və ətarafındakı sahədə quru ot yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

 

Bərdənin Güloğlular kəndində ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü və mətbəxinin tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

İsmayıllının Kəlbənd kəndində isə talvarın bir hissəsi və 2 ton ot bağlaması yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin dördüncü mərtəbəsində elektrik açarı  və giriş kabeli yanıb. Qalan sayğaclar yanğından mühafizə olunub.

 

Xaçmazın Nərəcan kəndində isə "VAZ" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yeni İlin ilk “liftdə qalma” çağırışı isə Xətai rayonundan gəlib. FHN-nin “112” qaynar telefon xəttinə Bakının Xətai rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açıb, vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:00-da başa çatıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR