“Media forum” fəaliyyətini dayandırdı

“Media forum” fəaliyyətini dayandırdı
12:09 1 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

“Media forum” saytı qeyri-müəyyən müddətə qədər fəaliyyətini dayandırıb.

 

Lent.az-ın xəbərinə görə, saytda yerləşdirilmiş elanda bildirilib ki,  “Media forum”un kollektivi məzuniyyətə buraxılıb.

 

Məlumatda qeyd olunub ki, 2013- 2014-cü illərdə ölkədə QHT qanunvericiliyinə bir sıra dəyişikliklər edilib: “ Həmin dəyişikliklərdən biri də qrant müqavilələrinin qeydiyyata alınması qaydası ilə bağlıdır. Yeni qaydaya görə, qeyri-kommersiya hüquqi şəxslər layihə həyata keçirərkən bağladıqları qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydə aldırmalı və nazirlikdən bunu təsdiqləyən müvafiq bildiriş almalıdır. Layihəsi qeydə alınmayan, yəni bildiriş ala bilməyən təşkilat qrant müqaviləsi üzrə bank əməliyyatı həyata keçirə bilməz”.

 

Sayt qeyd edib ki, qeyri-kommersiya hüquqi şəxs olan “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsi kimi fəaliyyət göstərib. Hazırda “İnternyus Azərbaycan” İctimai Birliyi öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş ala bilməyib. Buna görə də həmin layihələrin fəaliyyətini dondurub ki, bu, “Media forum” saytına da şamil edilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR