Kral xəstəxanaya düşdü

Kral xəstəxanaya düşdü
13:12 1 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanın kralı Abdullah bin Əbdüləziz Al-Səud xəstəxanaya yerləşdirilib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, kralın səhhətində ciddi problemlər yarandığından ər-Riyad şəhərindəki xəstəxanada tibbi müayinə olunur.
 
Lakin Kral Sarayının televiziya ilə yayımlanan bəyanatında onun səhhətilə bağlı hər hansı bir açıqlama verilməyib.
 
90 yaşlı Abdullah ölkəni 2005-ci ildən bəri idarə edir.
 
Qeyd edək ki, son aylar Səudiyyə Ərəbistanı kralının səhhətinin pisləşməsi ilə bağlı xəbərlər yayılıb. Kral, hətta ABŞ prezidenti Barak Obama ilə görüşərkən tənəffüs borusundan istifadə etməli olub.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/54659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR