Salyandakı qəzada ölənlərin sayı 3-ə çatdı - FOTO

Salyandakı qəzada ölənlərin sayı 3-ə çatdı - FOTO
13:12 1 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin başlamasına 4-5 saat qalmış Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində baş vermiş ağır qəzanın qurbanlarının sayı 3-ə çatıb.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə nəticəsində yaralanaraq ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərin biri - 1977-ci il təvəllüdlü İmanov İlkin Qalib oğlu da dünyasını dəyişib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Digər yaralı - 1977-ci il təvəllüdlü Sadıqov Ülvi Nurəddin oğlunun xəsarətləri yüngül olduğundan o, evə buraxılıb.
 
Qəzaya uğrayan gənclər Salyan şəhər sakinləridir. Onlar Bakıda işləyirmiş. Kirayədə qalan gənclər Yeni ili doğmaları ilə qarşılamaq üçün Salyana gəlirmiş.
 
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin


 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/54566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR