Nazarbayevin eks kürəkənini 10 il həbs gözləyir

Nazarbayevin eks kürəkənini 10 il həbs gözləyir
13:21 1 Yanvar 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Avstriya prokurorluğu Qazaxıstan prezidentinin keçmiş kürəkəni Rahat Əliyevə qarşı qətl ittihamı irəli sürüb.

ANS PRESS-in məlumatına görə, Qazaxıstanın Avstriyadakı sabiq səfiri 2007-ci ildə vətənində iki yüksək rütbəli bank menecerini qətlə yetirməkdə ittiham olunur. Əgər günahı sübuta yetirilsə, onu 10 ilədək həbs cəzası gözləyir.

Avstriya Rahat Əliyevin ekstradisiyası barədə Qazaxıstanın müraciətlərini rədd etdikdən sonra sabiq diplomata qarşı cinayət araşdırmasına başlayıb.

Rahat Əliyev irəli sürülən ittihamları siyasi motivli kimi rədd edir. O, iyun ayında Avstriya hakimiyyətinə təslim olunduqdan sonra istintaq təcridxanasında saxlanılır. Məhkəmə şərtləri Əliyevin zəminə buraxılmasını nəzərdə tutmur.

Rahat Əliyev prezident Nazarbayevin böyük qızının əri olub. O bir vaxtlar Milli Təhlükəsizlik Kömitəsi, Vergi Xidməti və Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.
2008-ci ildə Qazaxıstan məhkəməsi cinayət qrupunun təşkili, adam oğurlanması və hakimiyyəti ələ keçirmək ittihamları ilə bağlı ölkəni artıq tərk etmiş Rahat Əliyevə uzunmüddətli həbs cəzası kəsib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR