Şanxayda basabasda 35 nəfər öldü

Şanxayda basabasda 35 nəfər öldü
13:42 1 Yanvar 2015
85 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Şanxay şəhərindəki Vaytan bulvarında Yeni İl gecəsi yaranmış basabasda ən azı 35 nəfər həlak olub.

Milli.Az ShanghaiDaily-yə istinadən bildirir ki, 40 nəfər yaralanıb. Basabasaın səbəbləri müəyyənləşdirilir. Polisdən verilən məlumata görə, basabasın Huanpu çayının sahilindəki Çen İ meydanına kütlənin axın etməsi zamanı yarandığı güman edilir.
 
2013-cü ildə bulvardakı şouya 300 min nəfər yığışmışdı və bu, nəqliyyat kollapsı yaratmışdı. Bu səbəbdən də meqapolisin rəhbərliyi kütlənin sayının azaltmaq üçün bu dəfə tədbiri Çen İ meydanında təşkil etmişdi.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/54655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR