Azərbaycanda dəniz suyu evləri isidəcək

Azərbaycanda dəniz suyu evləri isidəcək
14:12 1 Yanvar 2015
118 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı alimlər dəniz suyundan məişət qazı əldə etməyin texnologiyasını işləyib hazırlayıblar.

Bu texnologiya və müvafiq avadanlığın prototipi Bakıda “İntellektual mülkiyyət və innovasiyalar” I Respublika sərgisində nümayiş etdirilib.

Azərbaycanlı alimlər Mürvət Qəribov və Əhəd Bağırov layihənin reallaşdırılmasının təşəbbüskarıdırlar.

Ə.Bağırovun Trend-ə bildirdiyi kimi, yeni texnologiyadan istifadə olunmaqla alınan məişət qazı təbii qazdan 50 dəfə təmizdir, onun kaloriliyi isə iki dəfə çoxdur.

Alim qeyd edib ki, "yeni texnologiyanın üstünlüyü ondan ibarətdir ki, təbii qazın istehsalı üçün xammal tükənməzdir. Bundan başqa, istehsalatın genişləndirilməsi üçün qeyri-məhdud imkanlar mövcuddur. Yüksək faydalı iş əmsalı göstərilən metodun iqtisadi səmərəliliyindən xəbər verir".

M.Qəribov bildirib ki, istehsal prosesində xammal kimi istifadə olunan dəniz suyu son nəticədə natrium hipoxlorid məhluluna çevrilir ki, ondan həm ümumi, həm də suyun dezinfeksiya edilməsi zamanı istifadə edilir.

Alim texnologiyanın patentləşdirildiyini deyib: “Məişət qazının alınması üçün bu ekoloji təmiz metod ətraf mühitin mühafizəsində və qlobal istiləşmə ilə mübarizədə mühüm rol oynayacaq. Layihə üzərində son 10 il ərzində iş aparılıb. Əvvəlcə qazın tərkibindəki karbohidrogenin səviyyəsi 1,4 faiz təşkil edirdi. Biz bu göstəricini 85 faizə yüksəltməyə nail olduq. Buna baxmayaraq, birinci metod vasitəsilə alınan məişət qazının yanma sürətinin təbii qazın yanma sürətinə bərabər olmasına baxmayaraq, bu, bizim üçün mühüm amildir. Fikrimcə, bu göstəricini 100 faizə çatdırmaq üçün bizə ən azı bir il vaxt lazım gələcək”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/54269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR