Ən bahalı şəhərlər: Bakı neçəncidir? - SİYAHI

Ən bahalı şəhərlər: Bakı neçəncidir? - SİYAHI
14:17 1 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ili qarşılamaq üçün dünyanın ən bahalı şəhərlərinin adı açıqlanıb.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, “Naşional Biznes” (“National’s Business”) jurnalının hesablamalarına görə, 2015-ci ili qarşılamaq üçün ən bahalı şəhər Londondur:
 
“Londonun mərkəzində iki nəfərlilk 6 saatlıq yeni il şənliyi şam yeməyi ilə birlikdə 826 manatdır. Toronto ikincidir. Cütlük burada şənlik və şam yeməyinə 660 manat xərcləməlidir. Üçüncü yerdə olan Parisdə 464 manatından keçməlisən. Bahalı təsiri bağışlayan Avropanın məşhur şəhərlərindən olan Praqada 80 manat, Budapestdə isə 124 manat yeni ili qeyd etmək üçün kifayət edir”.
 
İqtisadçı Vüqar Bayramov jurnalın bu siyahısına münasibət bildirib:
 
“Dünyanın sözügedən məşhur jurnalının bahalı yeni il şam yeməklərini müəyyənləşdirən zaman səhvə yol verməsə də, bir texniki yanlışlığı olub. Bakı restoranlarındakı yeni il şənliyi qiymətləri ilə maraqlanmayıb. Maraqlansaydı, o zaman bəzi hallarda adambaşına 500 manat qiymət belə təklif etməkdən usanmayan Bakı restoranları üçün ayrıca olaraq xüsusi “daha bahalılar” kateqoriyası yaradardı. Bakıda restoranda deyil, evdə yeni ili qarşılamaq üçün 4 nəfərik ailəyə 120 manat tələb olunur. Bu, təxminən Praqada yeni ili restoranda qeyd etmək üçün tələb olunan məbləğə yaxındır”.
 
V.Bayramovun sözlərinə görə, yeni il bayramının dəyəri heç də nə qədər pul xərcləməklə ölçülmür:
 
“Nobel mükafatçısı Duqlas Nors son məqaləsində sual edir. Amerikalılar varlıdırlarsa, niyə xoşbəxt deyillər? Cavab sadədir: xoşbəxtliyin tərifi yoxdur, varlı olmaq xoşbəxt olmaq anlamına gəlmir. Elə bahalı yeni il axşamları, şam yeməkləri də nisbidir. Varlı olmasaq da olar, əsas odur ki, xoşbəxt olaq. 2015-ci ildə xoşbəxtlik, sağlam həyat və uğurlar diləyi ilə hamınızı maddi dəyərindən asılı olmayaraq ürəyinizcə olan yeni il bayramı arzulayıram”.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR