Avtovaqzalda bayram günü nə baş verir?

Avtovaqzalda bayram günü nə baş verir?
14:46 1 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Avtovağzalı bayram günlərini çətin keçirir desək, yerinə düşər. Çünki gəzməyə və ya doğmaları ilə bayramlaşmaq üçün bölgələrə üz tutanların çoxu bu arzusuna ya saatlarla gözlədikdən sonra çatır, ya da arzusu ürəyində qalır.

ANS PRESS-in qaynar xəttinə müraciət edən Bakı sakini Vəfa Məmmədova saatlardır Beynəlxalq Bakı Avtovaqzalında gözlədiyini bildirdi:

"Bacımla mən bir neçə gün bundan əvvəl internetlə saat 12.20-yə Şəkiyə bilet almışıq. Həmişə belə etmişik, bu vaxta qədər problem olmamışdı. Bu dəfə isə avtovaqzala gəldikdə bizə bildirdilər ki, həmin reysdə avtobus olmayacaq, onun əvəzinə saat 13.00-də olacaq. O da saat 14.00-də gəldi. Artıq saat 14.30-dur, hələ də avtobusda gözləyirik."

Vəfa xanım avtovağzalda gözlədiyi müddətdə digər rayonlara da avtobusların çatışmadığını müşahidə etdiyini söyləyir: "Bizimlə birlikdə bu avtobusa mindirilənlər arasında səhər saat Bakı-Şəki avtobusunun səhər saat 11.00 reysinə bilet alanlar da var. Aşağıda gözlədiyimiz müddətdə digər rayonlara da avtobusların çatışmadığının şahidi oldum. Gözləməkdən başqa çarəsi olmayanlar bayram gününü avtovağzalda keçirməyə məcbur qalıblar."


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR