Azərbaycanda informasiya texnologiya sahəsində yeni mexanizmi yaradılır

Azərbaycanda informasiya texnologiya sahəsində yeni mexanizmi yaradılır
15:03 1 Yanvar 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 1 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzi (EİM) ölkədə milli innovasiya mərkəzinin yaradılması layihəsi hazırlayır. Bu barədə Trend-ə EİM-in baş direktoru Azər Namazov bildirib.

Onun sözlərinə görə, milli innovasiya mərkəzinin yaradılması haqqında sazişin layihəsi hazırlanıb və sazişdə onun yaradılması nəzərdə tutulub. Sazişin 2015-ci ilin əvvəlində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən imzalanması gözlənilir: "Mərkəz yanında Koordinasiya Şurasının formalaşdırılması planlaşdırılır. Şura başqa dövlət strukturlarının və biznes sektorunun cəlb edilməsi ilə yanaşı, respublika səviyyəsində innovasiya layihələrinin həyata keçirilməsi ilə məşğul olacaq. Beləliklə, biz dövlət sektoru və biznes arasında effektiv və perspektivli körpü qura biləcəyik”.

A.Namazov Azərbaycan alimlərinin tədqiqatları əsasında yaradılan bir sıra biznes layihələri misal gətirib. Onlar gələcək inkişaf üçün real perspektivlərə malikdirlər. Baş direktorun sözlərinə görə, onlardan biri qiymətli metalların hasilatında yeni texnologiyadır: "Layihələr çoxdur və onlar ölkənin iqtisadi inkişafına xidmət üçün nəzərdə tutulub. Biz onların həyata keçirilməsi üçün platforma yaratmaq niyyətindəyik. Bəzi layihələr baxılmaq üçün ölkənin İqtisadiyyat və Sənaye Nazirliyinə, eləcə də investisiya şirkətlərinə təqdim ediliblər".

Onun sözlərinə görə, bir çox layihələrin reallaşdırılmasının ən mühüm maliyyə mexanizmlərindən biri vençur maliyyələşdirməsidir: "Şübhəsiz ki, vençur maliyyələşdirməsi yüksək risklərlə müşahidə olunur. Lakin dünya praktikası göstərir ki, vençur kapital hesabına maliyyələşdirilən yüz uğurlu layihədən 20-si qoyulan investisiyaları tam çıxarır. Ümid edirəm ki, Azərbaycanda da vençur kapital innovasiya biznesinin inkişafında mühüm rol oynayacaq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR