Barak Obama təzə gəlindən üzr istədi

Barak Obama təzə gəlindən üzr istədi
15:32 1 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

“CNN”-in yaydığı video materialda qeyd olunur ki, prezident Barak Obama onun ucbatından toy mərasiminin yerini dəyişməyə məcbur olmuş bəylə gəlindən üzr istəyib.
 
Milli.Az musavat.com-a istinadən bildirir ki, təzə gəlinlə telefonda danışan prezident üzrxahlıq edib. Məsələ ondadır ki, prezident qolf oynamağı çox sevir. Həmin ərazi isə toyun keçirilməsi üçün nəzərdə tutulan yerə çox yaxın imiş. Sırf prezidentin təhlükəsizliyi baxımından toyun baş tutmasına icazə verilməyib.
 
Prezident təzə gəlinlə telefon söhbəti zamanı deyib: “Toy münasibəti ilə sizi təbrik edirəm. Mən özümü dəhşətli dərəcədə narahat hiss edirəm. Bu barədə kimsə bizə bir söz deməmişdi. Üzr istəyirəm ki, əvvəlcədən nəzərdə tutulmuş toy mərasiminin yerini dəyişməli olmusuz. Bu məsələ belə görünür. Hiss edirəm ki, bu toy nəzərdə tutulduğundan da gözəl olacaq. Ən azı bu toyla bağlı maraqlı tarxçə yadda qalacaq”.
 
“CNN” bildirir ki, bəy də, gəlin də hərbçi imişlər. Ali baş komandan kimi prezident Barak Obama onlara Amerikaya xidmət etməkdə də uğurlar arzulayıb.
 
Telekanal qeyd edir ki, prezident B.Obama məzuniyyətdə olarkən tez-tez qolf oynamağa gedir. Onun qolfa marağı o qədər böyükdür ki, bundan ona qarşı zarafat məqsədi ilə də istifadə edirlər. Hətta satirik yazarlarda onu bu hobbisinə görə lağa da qoyurlar.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/54450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR