Azərbaycan səhiyyəsində daha bir ilkə imza atıldı

Azərbaycan səhiyyəsində daha bir ilkə imza atıldı
16:03 1 Yanvar 2015
119 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 1 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən başlayaraq, tibbi-sosial-ekspert komissiyalarının göndəriş üçün arayışları elektron formada veriləcək.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Səhiyyə Nazirliyinin yeni elektron xidmətlərinin səhiyyə müəssisələrində tətbiq edilməsi prosesinin davamı olaraq, “Tibbi sosial ekspert komissiyasına göndəriş”in elektron registri yaradılıb.

Müvafiq tibbi arayışın səhiyyə müəssisələrində tətbiqi bu gündən etibarən “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”ndən (VESKS) çap edilərək vətəndaşlara verilməsi ilə təmin ediləcək. Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması, təlimlərin müvafiq tibbi heyətə keçilməsi və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən göstərilir.

Qeyd edək ki, VESKS Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan elektron informasiya sistemidir. Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə cəmləşdirən elektron informasiya sisteminin mövcud olmasına imkan verir.

Sağlamlıq Kartı sisteminə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR