Zaur qayıdır... (FOTO)

Zaur qayıdır... (FOTO)
16:46 1 Yanvar 2015
359 Digər
Ölkə mətbuatı
A- A+

Çoxdandır efirlərdə görünməyən məşhur aparıcı Zaur Nəbioğlu efirlərə qayıdır. ANS PRESS-ə açıqlama verən Nəbioğlu, Yeni ildə televiziya tamaşaçılarının görüşünə gələcəyini bildirdi.

"Möhtəşəm layihhəyə start verəcəyik. Yaxın günlərdə həmin verilişin video anonsunun yayımlanacağıq. Fürsətdən istifadə edib bu layihhəmin gerçəkləşməsində mənə güvənən, dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. 2015-ci ilin ilk günlərində isə bu barədə media nümayəndələrinə geniş açıqlama verəcəm”.

Bir neçə aydır başqa sahədə çalışan və o sahə barədə hələ ki, ətraflı məlumat vermək istəməyən Zaur sözügedən məsələ barədə gələn ilin mart aylarında acıqlama verəcəyini bildirib.
"Dediyim kimi, başim o işlərə qarışıq olduqundan bəzi reallaşdırmaq istədiyim planlarımı təxirə salmışdım. Bu aylar ərzində çox suallar oldu heç birinə aydınlıq gətirmədim, indi isə vaxtı gəlib və bir necəsinə özüm cavab vermek istəyirəm. Son zamanlar sosial mediada şerlər və fərqli yazılar paylaşıram. O paylaşımları görənlər sosial şəbəkə, telefon zəngləri, həm də görəndə mənə ən çox iki sual verirlər: “Zaur, özün yazmısan? Kimə ünvanlıdır?”. Xatırladım ki, yazıların 90 faizi sevgiyə aiddir. Nəhayət ki, b u gün suallardan birinə cvb verirəm, bəli bu yazdıqlarım mənə aiddir. Kimə aid olduğunu isə hələ ki, sual olaraq saxlayıram. Çünki o sualın tam açıqlamasını özüm də bilməliyəm".

“2014-cü il yaddaşımda həm xoş həm də xoş olmayan anlarla qaldı. Bu il uğurlu çəkilişlər etdim, televiziya aparıcılığıma bir az ara verdim. Ən əsası isə bu il dayı oldum. 2015-ci ildən isə ancaq və ancaq xoş günlər gözləyirəm”-deyən Zaur yeni ilin ilk aylarında çox fərqli və böyük formatlı layihhə ilə televiziyaya qayıdacağını bildirib.

Z.Nəbioğlu onu da qeyd edib ki, Yeni ili iş başında qarşılayacaq. O, Azərbaycanın dilbər güşəsi olan Şamaxıda yerləşən möhtəşəm otellərdən birində təşkil olunmuş yeni il gecəsinin aparıcılığını edəcək: “31 dekabır türkiyyənin məşhur müğənnisi Gökçe, 1 yanvarda isə bir çoxlarının sevdiyi Gülşənin çıxış edəcəyi gecəni mənə həvalə ediblər”.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR