Azərbaycanda doğum, ölüm və xəstəlik - RƏQƏMLƏRİ

Azərbaycanda doğum, ölüm və xəstəlik - RƏQƏMLƏRİ
17:05 1 Yanvar 2015
204 Sosial
Ölkə mətbuatı
A- A+

2014-cü ildə Azərbaycanda doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 18,3, ölüm isə 5,8 təşkil edib. Təbii artım 12,5 olub ki, bu da Avropa ölkələri arasında ən yüksək göstərici olaraq qalmaqdadır.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.
 
İl ərzində ambulator müraciətlərin sayı da artaraq 2009-cu ildən bəri 30 % çoxalıb.
 
2014-cü ildə Azərbaycanda doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 18,3, ölüm isə 5,8 təşkil edib. Təbii artım 12,5 olub ki, bu da Avropa ölkələri arasında ən yüksək göstərici olaraq qalmaqdadır. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.İl ərzində ambulator müraciətlərin sayı da artaraq 2009-cu ildən bəri 30 % çoxalıb.
G,Poladov qeyd edib ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi üçün respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 32 mərkəzdə 2600-dən artıq xəstə pulsuz müalicə olunurlar. 2014-cü ildə respublikanın dövlət xəstəxanalarında böyrəkköçürmə əməliyyatı aparılıb.
 
G.Poladovun sözlərinə görə, 2009-cu ildə respublikada körpə ölümü göstəricisi 11,3 promilli idisə, 2014-cü ildə bu rəqəm 10,2-yə enib. Ana ölümü əmsalı hər min diridoğulmaya qarşı 14,5-ə bərabər olub.
 
Şöbə müdiri deyib ki, 2-14-cü ildə Azərbaycanda şəkərli diabet xəstələri təxminən 13% artıb.
Onkoloji xəstəliklərdən ölüm göstəricisi hər 100 min nəfərə 68,7-dən 64,0-dək azalıb.
2014-cü ildə respublikada 33 ton qan tədarük edilib.
 
Rəsmi məlumatda bildirlir ki, son 10 ildə talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb.
 
2014-cü ildə vərəmlə ilkin xəstələnmə təxminən 8% azalıb.
 
G.Poladovun sözlərinə görə, hazırda respublika üzrə 600-dən çox özəl tibb müəssisəsi və kabineti fəaliyyət göstərir. 2014-cü il ərzində 88 qanunsuz tibb fəaliyyətilə məşğul olma faktları aşkar olunub, 75 halda cərimə tətbiq edilib, 5 halda lisenziyanın fəaliyyətinin dayandırılması və 4 halda lisenziyanın ləğv edilməsi kimi tədbirlər görülüb.
 
2014-cü ildə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə 631 həkim işə qəbul olunub. Ötən il rəhbər vəzifələrə 42 yeni kadr təyin olunub.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/54282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR