Aygün Kazımovanın 29 yaşlı fanatı: "Belə münasibət mənə lazım deyil"

Aygün Kazımovanın 29 yaşlı fanatı: "Belə münasibət mənə lazım deyil"
17:16 1 Yanvar 2015
340 Şou
Ölkə mətbuatı
A- A+

Futbolçu Ruslan Əmircanov xalq artisti Aygün Kazımovanın pərəstişkarı olduğunu bəyan edib.

ANS PRESS-in məlumatına görə, “Qəbələ” klubunun müdafiəçisi bu etirafı Yeni il qabağı apasport-a müsahibəsində edib. Heç vaxt onunla münasibətdə olmadığını deyən 29 yaşlı futbolçu, 44 yaşlı müğənnidən xoşu gəldiyini deyib: "Şaxta baba olsaydım, Aygün Kazımovanı Qar qız seçərdim. Onu pərəstişkarıyam. Həm müğənni, həm də qadın kimi xoşuma gəlir. 20 il əvvəl necə görmüşəmsə, indi də həminki kimidi. Özünə yaxşı baxır."

Subay olduğunu deyən Ruslan evlənmək ərəfəsində olduğunu deyib: "Hələlik subaylığın daşını atmamışam. Düzdür, 29 yaşım var və evlənmək zamanıdı. Axtardığım qızı tapmışam, sadəcə, yola gətirə bilmirəm. Hələ naz eləyir. Əslində, bu yaxşı əlamətdi. Onun naz eləməsi xoşuma gəlir. Əgər ciddi münasibətdən söhbət gedirsə, bu cür addımı dəstəkləyirəm. Pozitiv enerji alıram. Yoxsa yaxınlaşan kimi desin ki, hə ay Ruslan, mən də səni sevirəm. Belə münasibət mənə lazım deyil."

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR