Əhali üçün yeni minimum nəqliyyat xərclərinin tətbiqinə başlanıb

Əhali üçün yeni minimum nəqliyyat xərclərinin tətbiqinə başlanıb
17:26 1 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 1-dən Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibi qüvvəyə minib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumatına görə, Nazirlər Kabineti qərarı ilə təsdiqlənən Azərbaycanda minimum istehlak səbətinə daxil olan xidmətlərin yeni tərkibinə əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün adambaşına minimum istehlak səbətinə eyni səviyyədə olmaqla 1 il ərzində 12 kv.m mənzil, 12 kv.m mənzilin qızdırılması, ayda 5 kub.m isti və soyuq su təchizatı, ayda 5 kub. m kanalizasiya, ayda 21 kub.m qaz təchizatı, ayda 50 kVt/s enerji təchizatı, bir ayda xidmətlərə sərf olunan ümumi xərcə nisbətdə 10 faiz digər xidmətlər daxildir.

Nəqliyyat xərcləri isə bu qruplar üçün müxtəlifdir. Əmək qabiliyyətli əhali adambaşına minimum istehlak səbətinə 1 ildə 692 gediş, pensiyaçılar üçün 365 gediş, uşaqlar üçün isə 406 gediş müəyyənləşdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR