Yeni il şənliklərində öldülər (FOTO)

17:46 1 Yanvar 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Çində Yeni il şənlikləri onlarla insanın ölümünə, 50-yə yaxın adamın isə yaralanmasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, hadisə yeni ilin başlamasına yarım saat qalmış Şanxayın Çen Yi Meydanında baş verib.

Şanxay Meri izdihamın səbəbi barədə hələlik məlumatsız olduqlarını bildirib. Lakin qeyri-rəsmi mənbələr izdihama səbəb kimi meydan yaxınlığındakı bir binadan dollara oxşayan kuponlar atıldığını, izdihamı da kuponları əldə etmək istəyənlərin yaratdığını bildiriblər.

Bundan başqa şəhərin mərkəzində insan sıxlığından və qəzalar nəticəsində ölənlərin sayının artdığı bildirilir.

Qeyd edək ki, Çinin bir çox əyalətində məktəblərdə Milad bayramı qadağan olunub. Qadağanın səbəbi bu bayramın qərb mənşəli olması ilə əlaqələndirlir. Vıncou şəhərində və digər bölgələrdə məktəb və liseylərdə yeni il bayramlarının keçirilməsi rəsmi şəkildə yasaqlanıb. Hətta qadağalara necə əməl olunmasını yoxlamaq üçün hökumət komissiya da yaradıb.
O da bildirlir ki, çinli gənclər arasında Milad təbriklərinin dəb halına gəldiyi, bu bayramda dostlarla axşam yeməyində birlikdə olmağın və əylənmələrin artması hökuməti narahat edib. Onlar Yeni il bayramının qeyd edilməsini həm də Çin mədəniyyətinin korlanması kimi dəyərləndirirlər.
















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR