Prezident korrupsiyadan danışdı

Prezident korrupsiyadan danışdı
18:11 1 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edərkən 2014-cü ildə Azərbaycanın müxtəlif sahələrdə qazandığı nailiyyətlərdən danışıb, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığını deyib. Dövlətimizin başçısı “ASAN xidmət”in bu sahədə xüsusi yerə malik olduğunu bildirib. “Artıq 7 mərkəz yaradılmışdır, 3 milyon 500 min müraciət edilib.

“ASAN xidmət” ictimai xidmətlər sahəsində, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə xüsusi rol oynayır. Bu xidmətin yaradılmasından cəmi iki il keçdiyini nəzərə alsaq, görürük ki, biz nə qədər böyük irəliləyişə nail ola bilmişik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlətimizin başçısı vurğulayıb ki, korrupsiyaya və rüşvətxorluğa qarşı bundan sonra da ciddi mübarizə aparılacaq, həm cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli tədbirlər görüləcəkdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR