2015-də doğulan uşaqlara hədiyyələr veriləcək

2015-də doğulan uşaqlara hədiyyələr veriləcək
18:27 1 Yanvar 2015
230 Dünya
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Sinqapur qızıl yubileyini qeyd edir. Bununla bağlı hökumət bu il doğulan uşaqlara hədiyyələr vermək niyyətindədir.
Layihənin rəsmi saytına əsasən, il ərzində doğulan uşaqlara əhalinin seçdiyi "sərfəli və mənalı əşyalar" qutusu veriləcək.
 
Qutuda "Mən Qızıl Yubiley körpəsiyəm" yazılı slinq və paltarlardan başqa xatirə medalyonu və albom da var.
Milli.Az BBC-yə istinadən bildirir ki, hədiyyələr yanvarın 1-dən doğulan bütün Sinqapur vətəndaşlarına, o cümlədən Sinqapur vətəndaşının xaricdə doğulmuş uşaqlarına veriləcək.
 
Eyni zamanda yerli bank həmçinin 2015-ci ildə doğulan uşaqlara hədiyyələr vəd edir, Straits Times saytı məlumat verir.
Bankın hədiyyələri arasında əlcəklər, "selfie çubuğu" və pul daxılı var.
 
Sinqapurda bu cür hədiyyələr bu ilin yubileyini qeyd emtək üçün paylanılır. Bəzi digər ölkələrdə isə yeni doğulmuş uşaqlar üçün hədiyyələr norma sayılır. Finlandiyada 1930-cu ildən bəri hamilə qadınlara uşaq paltarları, pampers və hətta kiçik bir döşək verilir.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/54196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR