Həbsdəki jurnalistlər buraxıla bilər

Həbsdəki jurnalistlər buraxıla bilər
18:32 1 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin baş məhkəməsi al-Jazeera telekanalının üç əməkdaşının işinə yenidən baxılmasına qərar verib. Jurnalistlər səhv xəbər yaymaqda təqsirli bilinib.

Milli.Az bildirir ki, qərar Qahirədə Peter Greste, Mohamed Fahmy və Baher Mohamed-in hökmə qarşı apelyasiya şikayətindən sonra verilib.
 
Prokurorluq hökmün problemli olduğunu etiraf edib, məhkumların vəkilləri bildirib. Yeni məhkəmə prosesi bir ay ərzində başlayacaq lakin üç kişi həbsdə qalmalıdır.
Al-Jazeera hakimiyyəti jurnalistlərini sürətlə azadlığa buraxmağa çağırıb.
 
Jurnalistlər ittihamları rədd edir. İttihamlardan biri, fəaliyyətinə qadağa qoyulan Müsəlman Qardaşları ilə əməkdaşlıq etməkdir.
Onlar deyirlər ki, sadəcə xəbərləri yayırdılar.
 
Jurnalistlərdən ikisi xarici vətəndaşlardır. Keçmiş BBC müxbiri Peter Greste avstraliyalıdır, onun prodüseri Mohammed Fahmy isə Misir və Kanada vətəndaşıdır.
2013-cü ilin dekabr ayında həbs olunan jurnalistlər artıq bir ildən çoxdur ki, həbsdədirlər. İyun ayında verilən məhkəmə qərarına görə Fahmy və Greste 7, Mohamed isə 10 illik həbs cəzası alıb.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR