Model Günay Musayeva erməninin Bakıya gəlməməsinə üzüldü

Model Günay Musayeva erməninin Bakıya gəlməməsinə üzüldü
18:37 1 Yanvar 2015
287 Şou
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda “Turkish Fashion Day” çərçivəsində Bakıda podiuma çıxan model Günay Musayeva təşkilatçılıq edəcək.
 
Modern.az saytı xəbər verir ki, bu ilin aprelində Türkiyədə yaşayan azərbaycanlı model Bakıda Bakıda təşkil olunacaq moda nümayişində iştirak edəcək. Günay həm də sözügedən defilənin təşkilatçısı olacaq. Həmyerlimiz Türkiyədə modanın yaradıcılarından hesab edilən Yıldırım Mayrukun geyımlərindən ibarət şou təqdım etməyı planlaşdırır.
Bakıda gözlənilən həmin nümayişdə Günayla yanaşı, Türkıyənin tanınmış modelləri də iştirak edəcək.
 
Qeyd edək ki, Yıldırım Mayruk ötən həftə Bakıda təşkil olunmuş Turk Fashion Day çərçivəsində öz geyımlərini sərgiləməliydi. Lakin nümayişə bir gün qalmış siyasi səbəblərdən defilədən kənarlaşdırılmışdı. Günay Musayevanın fikrincə, bu heç də haqlı addım deyil.
Bu səbəbdən də apreldəki tədbirdə türk modasının ünlü siması Yıldırım Mayrukun geyimlərindən ibarət nümayişi təşkil etməyi düşünür.
 
Yıldırım Mayrukun ötən həftə Bakıda təşkil olunmuş tədbirdən kənarlaşdırılması heç də siyasi səbəblərlə bağlı deyil. Məlumatlara görə, təşkilatçıların Yıldırım Mayruku Bakıya gətirməkdən imtina etməsi onun erməni kökənli olması ilə bağlıdır.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/54077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR