Fələstin məhkəməyə qoşulur

Fələstin məhkəməyə qoşulur
18:37 1 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Fələstin lideri Mahmoud Abbas Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulmaq üçün sənədlər imzalayıb.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Ramallahda keçirilən görüşdə o, BCM-nin qurucu sazişi olan Roma Nizamnaməsini imzalayıb.
 
Fələstin üzv olarsa, fələstinlilər İsrailə qarşı müharibə cinayətləri ittihamları irəli sürə bilərlər. İsrailin Baş naziri bu addımı dərhal pisləyib.
Roma Nizamnaməsi, cənab Abbasın Qərb Sahilində yerləşən Ramallah-da imzaladığı 20 beynəlxalq sazişdən biridir. Nizamnaməyə qoşulmaq, BCM-ə qoşulmaq üçün ilk addım sayılır.
 
"Biz şikayət etmək istəyirik. Bizə qarşı, torpaqlarımıza qarşı təcavüz edilir", cənab Abbasdan sitat gətirilir.
 
İsrailin Baş naziri Benyamin Netanyahu sürətlə verdiyi cavabda deyib ki, İsrail "cavab addımlar atacaq və İsrail əsgərlərini müdafiə edəcək".
 
BCM üzvü olmayan və bu qurumun yurisdiksiyasını tanımayan İsrail deyir ki, məhkəməyə qoşularaq fələstinlilər özlərini cinayət təqibinə məruz qoya bilərlər.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR