Azərbaycan səhiyyəsində yeniliklərin tətbiqinə start verildi

Azərbaycan səhiyyəsində yeniliklərin tətbiqinə start verildi
18:56 1 Yanvar 2015
111 Sosial
Ölkə mətbuatı
A- A+

2015-ci il girər-girməz Azərbaycan səhiyyəsində yeniliklərin tətbiqinə başlanıldı.

ANS PRESS-in Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gündən başlayaraq, Azərbaycanda stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatı üzrə yeniliklər tətbiq ediləcək.

Bu il yanvarın 1-dən tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı yalnız müvafiq olaraq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı" moduluna və “Nümunəvi Tibbi İnformasiya Sistemi”nə daxil ediləcək.

Bununla yanaşı, gün ərzində daxil məlumatın çap edilərək arxivləşdirilməsi də təmin ediləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=317408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR