Britaniyada polis əməkdaşlarından biri iş yerində fahişələrin "xidmət"lərindən istifadə edib. Arvadına xəyanət etmiş tərbiyəsiz polis işdən qovulub.
Milli.Az Metro-ya istinadən bildirir ki, Mançester qraflığındakı polis əməkdaşıl Darren Bromli Mançester şəhərindəki "qırmızı fənərlər məhəlləsi"ndə patrulda olarkən 3 əxlaqsız qadınla cinsi əlaqəyə girib.
Həmin əzlaqsızlıq yuvasınla çalışan küçə qadınlarından biri Bromlinin "rəqib"inin apartamentinə girdiyini görəndə polisə xəbər verib.
Polis baş superintendantı Nik Edderlinin dediyinə görə, "belə çirkin əməllər etmiş istənilən polis məsuliyyətə cəlb olunacaq": "Fahişələr ən zəif sosial kateqoriyadır və onoara qarşı polisin özbaşınalığının qarşısı alınacaq".
Səlahiyyətlərini aşmaqda suçlanan Bromli hazırda ev dustağıdır.
Milli.Az