Yeni kəşf: kökəlmə ailəvi problemdir

Yeni kəşf: kökəlmə ailəvi problemdir
20:27 1 Yanvar 2015
170 Sosial
Ölkə mətbuatı
A- A+

Sən demə, valideynlərdəki izafi çəki uşaqlarda da çəki artıqlığı və qeyri-sağlam qidalanma riskini artırır. Problem vərdişlərdə, yaşam tərzi ilə bağlı deyil.

Milli.Az The Times of India-ya istinadən bildirir ki, çəki problemləri yeməyi dayandırmaq zamanı barədə beyinə siqnal verən POMC genləri ilə bağlıdır. Qidalanma zamanı davranışa nəzarət edən beyin qismini kontrolda saxlayan POMC geninin ekspressiyasının blokadaya alınması ananın rasionu ilə onun övladlarındakı piylənmə riskinin artması arasındakı əlaqəni aşkarlamağa imkan verir.
 
Həddən artıq metilləşmə, yəni DNT molekulunda ardıcıllıq dəyişmədən modifikasiyanın yaranması POMC geninin ekspressiyasının qarşısını alır. Nəticədə insan normadan artıq vaxtda doyur, çox yeyir, kökəlir, tosqunlaşır.
 
Alimlər keçirdikləri sınaqlarda bu prosesi təkrarlayıblar. İsrailin Ramat-Qan şəhərindəki Bar İlan Universitetində aparılmış tədqiqatlara professor Asaf Marko rəhbərlik edib.
 
Bəlli olub ki, ananın rasionu sağlam olmazsa onun övladlarında piylənmə riski artır.

Milli.Az
Xəbərin mənbəyi: Why obesity runs in families
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/54040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR