İtən sərnişin təyyarəsi tapıldı

İtən sərnişin təyyarəsi tapıldı
22:17 1 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Hava şəraitinin yaxşılaşması fonunda Yavan dənizində İndoneziyaya məxsus A320-200 sərnişin təyyarəsinin aktiv axtarış işləri davam etdirilib.
 
Milli.Az musavat.com-a istinadən bildirir ki, hidrolokatorun informasiyaları əsasında təyyarənin füzelyajının dənizin 30-50 merlik dərinliyində olduğu bəlli olub.
 
Bu isə uçağın “qara qutusu”nun axtarışına dalğıcları qoşmaq imkanı yaradıb. Ekspertlərin fikrincə, “qara qutu”nun axtarışı nir həftə çəkə bilər.
 
Qeyd edək ki, hələlik sərnişinlərdən 7-nin cəsədi tapılıb. Onlardan üçü qadın (biri stüardessa), dördü kişidir. Mütəxəssislərə görə, pilotlar təyyarəni suyun üzərinə oturtmaq istəyiblər, lakin güclü qasırğa səbəbindən bu, mümkün olmayıb.
 
Xatırladaq ki, dekabrın 28-də itən sərnişin təyyarəsinin göyərtəsində 162 nəfər olub. Onlardan 17-si uşaq (biri körpə) olub.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/53631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR