Diktator yumşalır?

Diktator yumşalır?
22:37 1 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Conq Un Cənubi Koreya ilə dialoq və əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
 
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ənənəvi Yeni İl çıxışında cənab Kim Seulla yüksək səviyyədə təxirə salınmış danışıqları bərpa etməyi nəzərdən keçirdiyini deyib.
 
Cənab Kimin təklif etdiyi danışıqların hansı səviyyədə keçiriləcəyi aydın deyil.
 
Bu açıqlama Cənubi Koreyanın bu həftə yanvar ayında yüksək səviyyədə danışıqlar haqda təklifindən sonra verilib.
 
Seulun Unifikasiya nazirliyi cənab Kimin açıqlamasını alqışlayaraq, təklifin səmimi olduğu halda, Cınubi Koreyanın onu qəbul edəcəyini bildirib.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR