Premyer Liqada ilin ilk qolu vuruldu

Premyer Liqada ilin ilk qolu vuruldu
22:42 1 Yanvar 2015
156 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün İngiltərə Premyer Liqasında XX tura start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, “Dumanlı Albion”da 2015-ci ilin ilk qolu vurulub.
 
Turun açılış matçında keçirilən “Stok Siti” – “Mançester Yunayted” qarşılaşmasında meydan sahiblərinin mərkəz müdafiəçisi Rayan Şoukross fərqlənib. 27 yaşı oyunçu görüşün 2-ci dəqiqəsində qonaqları cəzalandırıb. Lakin 26-cı dəqiqədə Radamel Falkao hesabı bərabərləşdirib.
 
Görüşdə bundan başqa daha qol olmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR