Ərdoğan, yoxsa Davudoğlu?

Ərdoğan, yoxsa Davudoğlu?
22:47 1 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

“Agence France-Presse”in xəbərində deyilir ki, Türkiyə polisi cümə axşamı əl qumbarası və köhnə silahla Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı ofisinin yaxınlaşan “terrorçu”nu həbs edib. Bununla da silahlının ofisə hücum etmək planının qarşısı polis tərəfindən alınıb.
 
Milli.Az musavat.com-a istinadən bildirir ki, İstanbul polisinin rəhbəri Seltani Altınox deyib ki, hücuma hazırlaşan şəxs “terrorçu təşkilatın üzvüdür. O, Osmanlı imperiyasından qalmış sarayın qarşısında saxlanılıb. Prezidentin ofisi də orada yerləşir.
 
“O, 2 əl qumbarasını xidməti borcunu yerinə yetirən polisə tərəf tullayıb, ancaq əl qumbaraları partlamayıb. O, dərhal polis tərəfindən tərksilah edilib”, deyən Altınox əlavə edib ki, hücum zamanı kimsə yaralanmayıb.
 
İstanbul polisinin rəhbəri Seltani Altınox deyib ki, hücum edən şəxsin hədəfi Ərdoğan olub. Yerli media isə yazır ki, Türkiyə lideri həmin ofisdə olmayıb və həmin ofis tarixi Dolmabaxça Sarayına birləşdirilib. Müasir Türkiyənin memarı Mustafa Kamal Atatürk məhz orada 1938-ci ildə dünyasın dəyişib.
 
Agentlik vurğulayır ki, Altınox silahlının kimliyini və hansı terror təşkilatına məxsus olduğunu açıqlamayıb. Silahlının hansı məqsəd güdüyü də bəlli deyil.
 
Polis onu da deyib ki, silahlıda 2 qumbaradan başqa çox köhnə avtomat silah və tapança da olub.
 
Agentlik qeyd edir ki, prezident Ərdoğan 2003-2014-cü illərdə baş nazir olub. Bu ilin avqustundan bəri isə o, prezident kimi fəaliyyətdədir. Və islama söykənən hakim partiyanın yaradıcısıdır.
 
“Reuters” isə bildirir ki, silahlı şəxs kustar üsulla hazırlanmış qumbaranı polisə atıb. O, Türkiyənin baş nazirinin istifadə etdiyi ofisə hücum edib.
 
Agentlik bildirir ki, hücum edən şəxsin təxminən 30 yaşı var. Türkiyənin baş naziri Əhməd Davudoğlunun hücum zamanı ofisdə olub-olmaması da bəlli deyil.
 
Məlum olan odur ki, o, bu ofisdən daim istifadə edir. Əvvəllər indiki prezident Ərdoğan da bu ofisdə tez-tez olardı.
 
Agentlik onu da bildirir ki, bu silahlı hücuma görə bir çox qruplar, o cümlədən kürd terrorçular, millətçilər, islamçılar və solçular da şübhəli bilinirlər. Çünki hazırkı iqtidarın onlarla müəyyən problemləri var.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR