Hadisə Bakıya gələrkən belə görüntüləndi - FOTO

Hadisə Bakıya gələrkən belə görüntüləndi - FOTO
23:19 1 Yanvar 2015
269 Şou
Ölkə mətbuatı
A- A+

Yeni il axşamı daha bir türkiyəli pop-star Bakıda konsert verib.

 

Virtualaz.org xəbər verir ki, Eurovision mahnı yarışmasının qalibi olan Hadisəni dekabrın 31-də İstanbulun Atatürk hava limanında Bakıya uçarkən görüntüləyiblər. Özü də makiyajsız. Şou-biznes ulduzları üçün makiyajsız görünmək dəhşətli hadisə sayıldığından Hadisə bu görkəmdə paparatsilərdən yayınmaq üçün gizlənməli olub.

 

Türkiyə mediası xəbər verir ki, Hadisə Bakıya bacısı və mühafizəçiləri ilə birlikdə uçub. Hava limanında sənədləşdirmə işləri zamanı Hadisə aşağı əyilib və xeyli vaxt yol çantalarını qarışdıraraq nəsə axtarıb. Paparatsilər bu vəziyyətdə onun fotosunu çəkəndə müğənnini bacısı “fotonu çəkirlər” deyə xəbərdar edib. Makiyajsız olduğu üçün görüntülənmək istəməyən Hadisə mühafizəçisinin arxasında gizlənib. Müğənni onunla şəkil çəkdirmək istəyən pərəstişkarlarına da rədd cavabı verib. Hadisənin Bakıda hansı oteldə  konsert verdiyi hələ məlum deyil.

 

Xatırladaq ki, bundan əvvəl digər türkiyəli müğənni Demet Akalın Azərbaycanda Yeni İl axşamı 400 min TL qonorara konsert vermək təklifindən imtina etmişdi. Müğənni bunu 11 aylıq qızının uzaq yola çıxanda narahat olması ilə əsaslandırmışdı. Azərbaycan son illər türkiyəli müğənnilər üçün yaxşı qazanc məkanına çevrilib. Türkiyənin özündə konsertlərinə bilet sata bilməyən müğənnilər Azərbaycanda 2-3 saatlıq çıxış üçün yüz minlərlə dollar qonorar alırlar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR