Əfqanıstan əfqanlara tapşırıldı

Əfqanıstan əfqanlara tapşırıldı
23:27 1 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda yeni ilin ilk günündən başlayaraq ölkənin təhlükəsizliyi daxili qüvvələr tərəfindən təmin ediləcək. Birləşmiş Ştatlar və NATO qüvvələri Əfqanistanda 13 illik missiyasına bu gündən etibarən rəsmi olaraq son qoyur.
 
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, dünən Helmand vilayətində Əfqanıstan və Taliban qüvvələri arasında gedən döyüşlər zamanı raketlərdən birinin evdə keçirilən toy mərasiminə düşməsi nəticəsində azı 20 nəfər ölüb.
 
Polisin bildirdiyinə görə, onlarla insan yaralanıb. Qurbanların çoxunu qadın və uşaqlar təşkil edib.
 
Təxminən 12000 ABŞ və NATO hərbçisi Əfqanistanda qalaraq polis və hərbi qüvvələrə təlim, məsləhət verəcək və onlara kömək edəcək.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/53663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR