Bu ölkədə evdəki ayaqyolları yoxlanacaq

Bu ölkədə evdəki ayaqyolları yoxlanacaq
00:05 2 Yanvar 2015
97 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistan minlərlə yeni tikilmiş tualetlərin istifadə olunub-olunmamasını yoxlayır.

Baş nazir Narendra Modi-nin oktyabrda başladığı layihəsi çərçivəsində yarım milyon tualet tikilib. Lakin bir çox adam hələ də ayaqyoluna bayırda getməyi seçir.
Milli.Az BBC-yə istinadən bildirir ki, sanitariya müfəttişləri qapı-qapı gedib evlərdə tualetlərin istifadəsini yoxlayacaqlar, nəticələri telefonlarda və tabletlərdə qeyd edəcəklər, hökumətin bəyanatında deyilir.
 
Oktyabrın 2-də Təmiz Hindistan Kampaniyasına start verən cənab Modi vəd etmişdi ki, 100 gün ərzində yarım milyon tualet tikiləcək.
Hökumət deyir ki, bundan sonra 503 142 evdə tualet tikilib.
 
Lakin keçmişdə aparılan araşdırmalar göstərib ki, Hindistanda kənd əhalisi tualetlərə sahib olsalar da ayaqyoluna bayırda gedirlər, çünki bunun daha sanitar olduğunu düşünürlər.
 
Yüz milyonlarla adamın küçədə ayaqyoluna getməsi irimiqyaslı gigiyena problemlərinə, xəstəliklərə və ölümlərə səbəbdir.
 
Məlumatlara görə, evdə ayaqyoluna getməyi qeyri-gigiyenik sayan bəzi ailələr yeni tikilmiş tualetlərdən anbar kimi istifadə edir.
 
Kampaniyaçılar deyirlər ki, sadəcə tualetlər tikmək kifayət etmir və onlardan istifadə etməyin üstünlüyünü adamlara anlatmaq eynilə önəmlidir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/53656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR