Bakıya gələn Hadisə pərəstişkarlarını üzdü (FOTO)

Bakıya gələn Hadisə pərəstişkarlarını üzdü (FOTO)
02:11 2 Yanvar 2015
287 Şou
Ölkə mətbuatı
A- A+

Yeni il konserti üçün Azərbaycanın paytaxtı Bakıya gələn müğənni Hadisə İstanbul “Atatürk” hava limanında pərəstşkarlarını kədərləndirib.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hava limanında qeydiyyat vaxtı Hadisə səfər çantasından uzun-uzadı nəsə axtarıb.

Müğənni ilə birlikdə Azərbaycan səyahətində iştirak edən bacıları Hadisəyə jurnalistlər tərəfindən şəklinin çəkildiyi barədə xəbərdarlıq ediblər.

Makyajsız olduğu üçün paparazzilərin obyektivinə tuş gəlmək istəməyən Hadisə iri cüssəli cangüdəninin arxasında gizlənib.

Müğənni şəkil çəkdirmək üçün yanına yaxınlaşan pərəstişkarlarının da bu tələbini makyajsız olduğu üçün qəbul etməyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR