Azərbaycanlı müğənninin İstanbulda konserti olacaq (FOTO)

Azərbaycanlı müğənninin İstanbulda konserti olacaq (FOTO)
04:26 2 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində azərbaycanlı müğənnilər Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar artist Nuriyyə Hüseynovanın konserti olacaq.

ANS PRESS-in məlumatına görə, konsert, “İstanbul-Azərbaycan Mədəniyyət evi” tərəfindən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində baş tutacaq.

İlk konsert bu gün yerli vaxtla saat 19.00-da (Bakı vaxtıyla 21.00) Bakırköy rayonu “Cem Karaca” mədəniyyət mərkəzində, digər konsert isə yanvarın 3-də (sabah) Ümraniyə rayonu “Atakənt” mədəniyyət mərkəzində yerli vaxtla saat 19-da keçiriləcək.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR