İmperator həmvətənlərini ölkə tarixindən dərs almağa çağırıb

İmperator həmvətənlərini ölkə tarixindən dərs almağa çağırıb
05:26 2 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

"Bu il İkinci Dünya müharibəsinin başa çatmasının 70-ci ildönümüdür və Yaponiya öz tarixindən dərs almalıdır".

Bu sözlər Yaponiya İmperatoru Akihitonun yanvarın 1-də dərc olunan bəyanatında qeyd edilib.

Sənəddə deyilir: “Ölkəmizin bundan sonra hansı istiqamətdə hərəkət edəcəyi barədə düşündüyümüz anda bizim üçün ən əsası yaranmış imkandan istifadə edərək, 1931-ci ildə Mancuriyadakı hadisədən başlayan həmin müharibənin tarixindən düzgün nəticə çıxarmaqdır. Çoxlu sayda insanın həyatına son qoymuş İkinci Dünya müharibəsinin bu il 70-ci ildönümüdür”.

İmperator Akihito müraciətində döyüş meydanlarında, Tokioya və digər şəhərlərə aviasiya zərbələri, o cümlədən Xirosima və Naqasakiyə atılan atom bombaları zamanı həlak olanları xatırladıb. Yaponiya İmperatoru bildirib ki, həmin müharibədə xeyli sayda insan həlak olub.

Yeni il müraciətində İmperator Akihito ötənilki təbii fəlakətlər – güclü qar yağması, leysan yağışlar və Ontake dağında vulkan püskürməsi zamanı baş vermiş faciələrə də toxunub. İmperator qeyd edib ki, onun fikirləri həmin hadisələr zamanı həlak olanların yaxınlarının yanındadır. Yaponiyada “Böyük Şərq zəlzələsi” kimi tanınan 2011-ci ilin martında baş vermiş dəhşətli zəlzələni xatırladan İmperator deyib: “İnsanların çoxunun hələ də radiasiyaya görə öz evlərinə dönə bilməməsi və soyuq qışı müvəqqəti sığınacaqlarda qarşılamaq məcburiyyətində qalması fikri məni çox narahat edir”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR