Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb
09:38 28 Mart 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tanınmış Azərbaycan yazıçısı, akademik Kamal Abdullanın Rusiyanın məşhur “Хуdоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib...” (“Plаton, каjеtsya, заbolel...”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - “Qızıl Delviq”ə layiq görülüb.

Trend-ə verilən məlumata görə, Rusiyada geniş oxucu kütləsinin və ədəbi cameənin diqqətini çəkən bu kitab intellektual nəsrin inkişafına verdiyi töhfələrə görə dəyərləndirilib.

Martın 23-də müəllif Kamal Abdullaya təqdim olunan mükafat “Literaturnaya qazeta”nın ilk baş redaktoru, klassik rus şairi Anton Delviqin adını daşıyır.

“Müasir nəsr” nominasiyasında qalib olan Kamal Abdulla bununla Azərbaycan ədəbiyyatına ilk dəfə “Qızıl Delviq” mükafatını qazandırıb.

Qeyd edək ki, bu, akademik Kamal Abdullanın ikinci beynəlxalq mükafatıdır. 2015-ci ildə yazıçının İtaliyada nəşr olunan “Yarımçıq əlyazma” romanı bu ölkənin məşhur Skanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə də layiq görülmüşdü.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2511050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR