Bərdədə ev, Xaçmazda ot tayaları yandı

Bərdədə ev, Xaçmazda ot tayaları yandı
10:05 2 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, 3-otaqlı evin 1 otağının tavanı 24 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Milli.Az FHN-in saytına istinadən bildirir ki, yanğın zamanı ev sahibinin oğlu yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz rayonu, Qaraqaşlı kəndində isə vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 35 ton olan ot bağlamasının 27 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə mühafizə olunub. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/316870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR