Azay Quliyev xəbərdarlıq etdi

Azay Quliyev xəbərdarlıq etdi
19:47 19 Fevral 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Vyanada ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasına Azərbaycanın millət vəkili Azay Quliyev sədrlik edir
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, ATƏT PA-nın Büro üzvü Azay Quliyev iclasda açılış nitqində deyib ki, terror təhlükəsi ATƏT regionu üçün təhdid olaraq qalır: "Məlumdur ki, hazırda biz ATƏT regionunda sülhün və təhlükəsizliyin qorunması baxımından olduqca həssas bir dönəmdə yaşayırıq. ATƏT ərazisində bizi narahat edən münaqişə ocaqları hələ də mövcuddur. Bu gün münaqişə mənbələrinin sayı artmaqda davam edir və təhlükəsizliyə yönələn ciddi problemlər yaradır. Xüsusilə də Ukraynanın şərqində aparılan hərbi əməliyyatlar regionda sülh və sabitliyə qarşı böyük təhlükəyə çevrilib. Eyni zamanda, terror təhlükəsi ATƏT regionu üçün təhdid olaraq qalmaqdadır. Son aylarda Avropanın mərkəzində baş verən terror hadisələri və insan ölümləri hər birimizi narahat edir".

O qeyd edib ki, son terror hadisələri heç bir ölkənin terrordan sığortalanmadığını nümayiş etdirir: "Bununla yanaşı, ATƏT regionunda milli və dini zəmində baş verən insidentlərin qarşısının alınması və milli azlıqların hüquqlarının qorunması sahəsindəki mövcud problemlərin həlli bizim üçün vacib əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan ATƏT ailəsi olaraq qeyd olunan problemlərin həllində bütün bilik və bacarıqlarımızı səfərbər etməliyik. Bu nöqteyi-nəzərdən Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin üzərinə böyük məsuliyyət düşür və bu gün biz bu qeyd olunan mövzular ətrafında müzakirələr aparacağıq. Bilirsiniz ki, bu il ATƏT ailəsi üçün önəmli bir ildir. Belə ki, biz Helsinki Yekun Aktının qəbul edilməsinin 40 illiyini qeyd edəcəyik. Komitənin məruzəçisi xanım Pia Kauma Helsinkidə keçiriləcək 24-cü illik sessiya üçün hesabatı işləyib hazırlayıb. Bu gün biz onun ideyalarını, fikirlərini və məqsədlərini dinləyib öz təklif və ideyalarımızı bölüşəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR