Gəncənin torpaqları satışa çıxarılacaq - FOTO

Gəncənin torpaqları satışa çıxarılacaq - FOTO
19:52 19 Fevral 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

Gəncə şəhəri və ətrafında torpaq sahələri 14 kateqoriyaya bölünüb. Bu torpaq sahələri hərrac yolu ilə, tam şəffaflıq şəraitində vətəndaşlara satılacaq. Gəncə şəhər İcra Hakimiyyəti başçısının şəhər sakinləri ilə görüşündə belə bir məlumat verilib. Kəpəz televiziyası (Region TV) xəbər verir ki, YAP Gəncə şəhər Təşkilatında baş tutan növbəti qəbulda şəhərin idarə və müəssisə rəhbərləri ilə yanaşı, 100-ə yaxın sakin də iştirak edib.

Qəbulda işsiz vətəndaşların işlə təmin olunması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı, qəzalı evlərin təmiri, qaz və su problemləri ilə bağlı müraciətlər də səslənib. Fərdi yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması ilə bağlı xahişlər isə daha çox olub. İcra hakimiyyətinin başçısı vətəndaşları əmin edib ki, bu sahədə ədalət prinsipləri tam təmin ediləcək.

Elmar Vəliyev
, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “Hərrac yolu ilə torpaqlar hərraca çıxarılacaq, sonra isə bələdiyyələr qərar verəcək. Şəhərdə 14 kateqoriya müəyyənləşibdi, hər bir adam da özünün maliyyə durumuna uyğun olaraq o kateqoriyadan seçəcəkdi və hər yerdə də elan vurulacaq. Şəffaf insanlar rahat özü istədiyi torpağı ala biləcək”.

Qəbulda şəhərin İsmət Qayıbov adına 1 nömrəli orta məktəbində müəllimlə təhsil ocağının rəhbərliyi arasındakı münaqişə də müzakirə edilib. Orta məktəbdə baş verən xoşagəlməz hadisə ilə bağlı şikayət əsasında komissiyanın yaradılması və məktəbdə yoxlamaların keçirilməsinə göstəriş verilib. Vətəndaşların qaldırdıqları problemlərin bir çoxu yerindəcə öz həllini tapıb. Digər məsələlərlə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib. Şəhər rəhbərliyi bildirib ki, bu cür qəbullar bundan sonra da keçiriləcək.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR