Mağazalarda yararsız malların satıldığı aşkarlanıb

Mağazalarda yararsız malların satıldığı aşkarlanıb
20:03 19 Fevral 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq aparılıb.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Abşeron, Qaradağ, Binəqədi, Nəsimi, Xəzər, Suraxanı, Nizami və Nərimanov rayonlarında, Füzuli, Masallı, Ağsu, Qusar, Yevlax, Ağdaş, Qazax, Xaçmaz, Sabirabad, Balakən və Zaqatala şəhərlərində mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Magazalarda_yararsiz_mallarin_satildigi_askarlanib-833485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR