Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Fevral

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Fevral
20:14 19 Fevral 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

Dünyada siyasi və iqtisadi böhran dərinləşdikcə qütbləşmə daha aydın hiss olunmağa başlayır. Dövlətlər seçimlərini edir, ayırıcı xəttin hansı tərəfində yer alacaqlarını açıqlamağa başlayırlar. İranda durum fərqlidir, bu ölkə zatən həmişə xəttin Qərbə qarşı hissəsində yer alıb. Son prezident seçkilərindən sonra Qərblə münasibətləri yumşaldan, üstəlik başı Yaxın Şərqdə boşalan mövqeləri tutmağa qarışan İran da artıq oyuna açıq müdaxilə edir. Böyük şahmat taxtasında oyuna müdaxilə əlindəki təzyiq vasitələrini ya işə salmaq, ya nümayiş etdirməkdir. Tehran hələlik ikinci varianta üstünlük verir, ayırıcı xəttin qarşı tərəfində yer alan Avropanı qaz və neft idxalını azaldacağı ilə hədələyir. Qərbin sanksiyalarına məruz qalan ölkələrin ehtiyatında olan əsas silah enerji resurslarıdır. Rusiya uzun illər bu silahdan istifadə edərək Avropa ilə qaz müharibəsi aparıb, indi analoji siyasəti İran yürütmək niyyətindədir. Rusiya kimi İranın da məqsədi Avropanı qazsız qoymaq deyil, sövdələşməyə gedərək məruz qaldığı sanksiyaları yumşaltmaqdır. Bu mənada İran sonda deməli olduğu sözü əvvəl deyir, yəni, əgər şərtlər yerinə yetirilməsə, ixracatı azaldacağıma əmin olun. İlk baxışdan blefdir, çünki sanksiyalar altında əzilən bir ölkənin özünü əsas gəlirindən bilərək məhrum etməz. Amma yeni dünya düzəni hər kəsdən öz maraqlarını itkilər hesabına təmin etməyi, yəni strateji düşünməyi tələb edir. Rusiya strateji maddi itkilər hesabına Cənub dəhlizi layihəsindən imtina edirsə, İran niyə sanksiyaları yumşaltmaq üçün əsas təzyiq vasitəsindən istifadə etməsin? Məntiqlidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/193985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR