LTE şəbəkəsində hər 3 nəfərdən biri

LTE şəbəkəsində hər 3 nəfərdən biri
20:17 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

GSMA Intelligence (GSMA Mobil Rabitə Operatorları Assosiasiyasının bölməsi) tədqiqat firmasının proqnozuna görə, 2015-ci ilin sonunadək dördüncü nəsil şəbəkəsi (LTE) planetin əhalisinin 35 faizinin yaşadığı ərazilərdə yayılacaq.
 
Ekspertlər bildirir ki, 4G ən sürətlə yayılan mobil rabitə texnologiyasıdır. 2014-dən 2020-ci ilədək LTE şəbəkələrə qoşulmaların sayı illik orta hesabla 30 faiz artacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ilk kommersiya 4G şəbəkələri 2009-cu ilin dekabrında işə salınıb. 2015-ci ilin yanvarında belə şəbəkələrin sayı 352-yə çatıb. Analitiklər ötən ilin sonunadək 490 milyon LTE qoşulma (1 il əvvəl 200 milyon idi) qeydə alınıb ki, bu da abunəçi qurğuları qoşulmalarının ümumi sayının 7 faizi deməkdir. 2013-cü ilin sonunda bu göstərici 3 faiz idi. 
 
GSMA Intelligence tədqiqat firması yüksək artım tempinin saxlanılmasına əmindir. Gözləntilərə görə, 2015-ci ilin dekabrında dünyada 875 milyon LTE qoşulma olacaq və 5 il sonra dördüncü nəsil şəbəkəsi planetin əhalisinin 63 faizinə əlçatan olacaq. 
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/325462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR